Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan parataekvondo millisi dünya çempionatını V sırada tamamlayıb, kubokla mükafatlandırılıb



Cənubi Koreyanın Muju şəhərində keçirilən parataekvondo üzrə dünya çempionatı başa çatıb.

BrendSport.az
xəbər verir ki, yığma mundialı 1 qızıl və 1 bürünc medalla 5-ci yerdə tamamlayıb.

K44 kateqoriyası üzrə kişilər arasında isə millimiz dünya çempionatını ikinci pillədə başa vurub.

Paralimpiya Oyunlarının proqramına daxil olan K44 və qeyri-paralimpiya kateqoriyası K41 üzrə medalların ümumi sayına əsasən sıralamada yer alan Azərbaycan komandasının heyətində Sabir Zeynalov (58 kq) dünya çempionu, İmaməddin Xəlilov (70 kq) isə bürünc medalçı olub.

Yarışda gənc parataekvondoçular Amin Əliyev (63 kq) və Səmayə Həsənova da (47 kq) debüt edərək dünya çempionatında təcrübə qazanıblar.

Dünya çempionatının yekunlarına əsasən, milli komanda 5-ci yeri tutmasına görə kubok baş məşqçi Fərid Tağızadəyə təqdim olunub.


Facebook-da paylaş

Xəbəri paylaş