Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan parataekvondo millisi beynəlxalq turniri 3 medalla başa vurub



Parataekvondo üzrə Azərbaycan millisi İranın paytaxtı Tehranda keçirilən “6th WT President's Cup” turnirini 3 medalla başa vurub.

BrendSport.az
xəbər verir ki, yığma üzvləri yarışda 1 gümüş, 2 bürünc mükafata yiyələniblər.

K44 kateqoriyasında 70 kq çəki dərəcəsində mübarizə aparan İmaməddin Xəlilov ikinci, 58 kq və +80 kq çəkilərdə çıxış edən Sabir Zeynalovla Şahmar Quliyev üçüncü yeri tutublar.

Qeyd edək ki, millinin 3 üzvü - İmaməddin Xəlilov, Sabir Zeynalov və Əbülfəz Abuzərli Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına lisenziya qazanıblar.


Facebook-da paylaş

Xəbəri paylaş