Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan taekvondoçuları Tehrandakı turnirdə daha iki medal qazanıblar



Azərbaycan taekvondoçuları İranın paytaxtı Tehranda keçirilən “Fəcr Open” turnirində daha iki medal qazanıblar.

BrendSport.az
xəbər verir ki, G1 kateqoriyalı yarışın son günündə Yaşar Məmmədli (68 kiloqram) və Eltac Qafarov (80 kiloqram) bürünc mükafata yiyələniblər.

Bununla da yığma komanda turniri 3 bürünc medalla başa vurub. Daha öncə Rahid Vəliyev (54 kiloqram) də fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, Azərbaycan millisi Tehranda G2 kateqoriyalı Dünya Taekvondosunun Prezidentinin kubokunda da iştirak edəcək. Yarış fevralın 16-19-da təşkil olunacaq.


Facebook-da paylaş

Xəbəri paylaş