Qadın taekvondoçularımız “Turkish Open” beynəlxalq turnirində iki bürünc medal qazanıblar
Azərbaycanın iki qadın taekvondoçusu Antalyada keçirilən G2 kateqoriyalı “Turkish Open” beynəlxalq turnirində medal qazanıblar.
BrendSport.az xəbər verir ki, komandamızın üzvləri Patimat Abakarova (53 kq) və Fəridə Əzizova (67 kq) yarışın bürünc medalına sahib olublar.
Bu gün turnirdə kişi taekvondoçularımız mübarizə aparacaqlar. Kişilərin yarışında Bəhruz Quluzadə, Səyyad Dadaşov, Rahid Vəliyev (hər üçü 54 kq), Pərviz İsgəndərov, Yusif Qurbanov, Ruslan Seyidov (hər üçü 58 kq), Qaşım Maqamedov, Əli Məmmədov, Qasım Aslanov, Xanoğlan Kərimov (hamısı 63 kq), Əbülfət Zülfüqarov, Samir Məhərrəmov, Yaşar Məmmədli (hər üçü 68 kq), Eltac Qafarov, Cavad Ağayev (hər ikisi 74 kq), Ayxan Tağızadə, Məhəmməd Məmmədov, Səid Quliyev (hər üçü 80 kq), Milad Beiqi Harçeqani, Taleh Süleymanov (hər ikisi 87 kq), Radik İsayev və Xəyyam Ağayev (hər ikisi 87 kq-dan yuxarı) güclərini sınayacaqlar.
Facebook-da paylaş