Azərbaycan paraatletləri Avropa çempionatını 13 medalla başa vurublar
Azərbaycan paraatletləri Niderlandın Rotterdam şəhərində keçilən Avropa çempionatını 13 medalla başa vurublar.
BrendSport.az xəbər verir ki, yığma mötəbər yarışda 4 "qızıl", 4 "gümüş" və 5 "bürünc" qazanıb.
Ümumilikdə 35 idmançımızın qatıldığı turnirdə cüdoçular Şəhanə Hacıyeva, Xanım Hüseynova, həmçinin, takevondoçular İmaməddin Xəlilov və Əbülfəz Abuzərli fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Cüdoçulardan Namiq Abaslı, Dürsədəf Kərimova və İlham Zəkiyev, eyni zamanda, taekvondoçu Röyalə Fətəliyeva ikinci yeri tutublar.
Millinin digər üzvlərindən İsmayıl Muradov, Xatirə İsmiyeva (hər ikisi cüdo), Sabir Zeynalov, Amin Şıxalıyev (hər ikisi taekvondo) və Aybəniz Babayeva (güllə atıcılığı) isə bürünc mükafata yiyələniblər.
Facebook-da paylaş