Karateçilərimiz Xorvatiyada Qran-Pri turnirini 5 qızıl, 1 gümüş və 6 bürünc medalla başa vurublar
Xorvatiyanın Samobor şəhərində keçirilən karate üzrə 30-cu Qran-Pri turnirini Azərbaycan komandası 12 medalla başa vurub.
BrendSport.az xəbər verir ki, yarışın son günündə 2008, 2009 və 2010-cu il təvəllüdlü qızların yarışında Veronika Qaşnikova (49 kq) ikinci qızıl medalını qazanıb. Ramilə Heydərova isə 14-15 yaşlı yeniyetmələrin kata çıxışlarında bürünc mükafata sahib olub.
Xatırladaq ki, V.Qaşnikova 14-15 yaşlı yeniyetmələr arasında 47 kiloqram çəki dərəcəsində, Hüseyn Məmmədli (67 kq), Fərid Ağayev (75 kq) və Dadaş Abbasov (84 kq) isə 21 yaşadək gənclər arasında yarışın qalibi olub. Həmin yaş qrupunda Nuran Rzazadə (67 kq) ikinci yeri, Namiq Quliyev (+84 kq), Xumar Əlibəyova (50 kq) və Ayla Rzazadə (61 kq), eləcə də 16-17 yaşlı gənclərin yarışında Fərid Savadov və Amin Yadigarlı (hər ikisi 55 kq) üçüncü pilləni tutublar.
Beləliklə, komandamız Xorvatiyada Qran-Pri turnirini 5 qızıl, 1 gümüş və 6 bürünc medalla başa vurub. Yarışda 33 ölkədən 1769 idmançı iştirak edib.
Onları 16-17 və 18-21 yaşlı gənclərin baş məşçqisi Anar Allahverdiyev, gənclərin böyük məşqçiləri Seymur Xudaverdiyev və Nağı Mehdiyev, həmçinin kata üzrə baş məşqçi Vahid Ayvazov və kumite üzrə qadınların baş məşqçisi Denis Morozov müşayiət edib. Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov mötəbər yarışın referiləri arasında olub.
Facebook-da paylaş