"Sabah" yoxlama oyununda Almaniya klubuna uduzub
Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” klubu növbəti yoxlama oyununu keçirib.
BrendSport.az xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu komanda Almaniyanın 2-ci Bundesliqasında çıxış edən “Sankt-Pauli” ilə üz-üzə gəlib.
İtaliyanın San Martino in Passiriya qəsəbəsində, AFC idman kompleksinin stadionunda baş tutan görüş rəqibin qələbəsi ilə bitib - 1:4. Azərbaycan təmsilçisinin qolunu 57-ci dəqiqədə Coy Lens Mikels vurub.
Qeyd edək ki, "Sabah" ilk matçında Qətərin “Əl-Sədd” klubunu 3:1 hesabı ilə üstələyib.
Facebook-da paylaş