"Sabah" klubu ikinci yoxlama oyununda heç-heçə edib
Yanvarın 16-da Azərbaycan Premyer Liqasının debütantı "Sabah" komandası təlim-məşq toplanışı çərçivəsində ikinci oyununa çıxıb.
BrendSport.az xəbər verir ki, ilk yoxlama matçında Türkiyənin "Eskişehirspor" klubunu 1:0 hesabı ilə üstələyən komanda ikinci oyunda Qazaxıstanın "Tobol" komandası ilə heç-heçə edib - 2:2. "Sabah"ın qollarına 39-cu dəqiqədə Rəşad Eyubov, 56-cı dəqiqədə isə Cavid İmamverdiyev imza atıb.
Qeyd edək ki, bu gün digər üç yoxlama oyununda "Səbail" Macarıstanın "Aqvital"ını 3:2 hesabı ilə üstələyib, "Sumqayıt" Qazaxıstanın "Jetısu" kollektivi ilə heç-heçə edib - 1:1, "Qəbələ" Türkiyədəki ilk yoxlama oyununda Almaniyanın "Meppen" klubuna uduzub (1:2), Ağdamın "Qarabağ" komandası isə Macarıstanın "Uypeşt" klubuna 0:1 hesabı ilə məğlub olub.
Facebook-da paylaş