“Keşlə” hazırlıq prosesinin ikinci mərhələsinə Antalyada start verib
Yanvarın 12-də Bakının “Keşlə” futbol klubu təlim-məşq toplanışının ikinci mərhələsinə Antalyada start verib.
BrendSport.az kluba istinadla xəbər verir ki, Bakı təmsilçisi yanvarın 26-dək Antalyada hazırlıq keçəcək.
Təlim-məşq toplanışı çərçivəsində “Keşlə” 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Artıq rəqiblərdən üçü müəyyənləşib. Belə ki, yanvarın 17-də təmsilçimiz Qazaxıstanın “Okjetpes”, altı gün sonra Rumıniyanın “Concordia”, ayın 25-də isə Rusiyanın “Çertanovo” klubu ilə qarşılaşacaq. Yanvarın 20-də də yoxlama oyununun keçirilməsi planlaşdırılır.
Facebook-da paylaş