Əsas Səhifə > Maraq > "Sabah" yoxlama oyununda Almaniya klubuna uduzub

"Sabah" yoxlama oyununda Almaniya klubuna uduzub


15-07-2023, 16:00


Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” klubu növbəti yoxlama oyununu keçirib.

BrendSport.az
xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu komanda Almaniyanın 2-ci Bundesliqasında çıxış edən “Sankt-Pauli” ilə üz-üzə gəlib.

İtaliyanın San Martino in Passiriya qəsəbəsində, AFC idman kompleksinin stadionunda baş tutan görüş rəqibin qələbəsi ilə bitib - 1:4. Azərbaycan təmsilçisinin qolunu 57-ci dəqiqədə Coy Lens Mikels vurub.

Qeyd edək ki, "Sabah" ilk matçında Qətərin “Əl-Sədd” klubunu 3:1 hesabı ilə üstələyib.
Geri qayıt