Əsas Səhifə > Maraq > “Sabah” U-18 komandası Çempionlar Liqasında “Borats” ilə üz-üzə gələcək
“Sabah” U-18 komandası Çempionlar Liqasında “Borats” ilə üz-üzə gələcəkBu gün, 12:30 |
![]() Bu gün “Sabah” basketbol klubunun U-18 komandasının Çempionlar Liqasında növbəti matçı baş tutacaq. BrendSport.az xəbər verir ki, Azərbaycan təmsilçisi beşinci-səkkizinci yerlər uğrunda oyuna çıxacaq. Komandanın rəqibi Serbiya təmsilçisi “Borats” olacaq. Görüş Bosniya və Herseqovinada, Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Qeyd edək ki, “Sabah”ın U-18 komandası ötən gün B qrupunda Almaniyanın “Porşe BBA Lyudviqsburq” kollektivini məğlub edib - 72:61. “Bayquşlar” ilk oyunda Bosniya və Herseqovina təmsilçisi “İqokea”ya 58:88 hesabı ilə uduzub. Geri qayıt |