Azərbaycanın U-15 millisi UEFA İnkişaf turnirində növbəti oyununu keçirib
Azərbaycanın 15 yaşadək (U-15) futbolçulardan ibarət millisi Estoniyanın paytaxtı Tallində təşkil olunan UEFA İnkişaf turnirində növbəti oyununu keçirib.
BrendSport.az xəbər verir ki, təmsilçimiz Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Oyun rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Milli turnirdə növbəti görüşünü avqustun 27-də moldovalı yaşıdlarına qarşı keçirəcək.
Qeyd edək ki, İlham Yadullayevin rəhbərlik etdiyi U-15 UEFA İnkişaf turniri çərçivəsində ilk oyununda Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Rəqib əsas vaxtı qolsuz bitən matçın penaltilər seriyasında daha dəqiq olub – 3:2.
Facebook-da paylaş