Əsas Səhifə > Milli komandalar > Azərbaycanın U-15 millisi UEFA İnkişaf turnirində növbəti oyununu keçirib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf turnirində növbəti oyununu keçirib


25-08-2023, 12:30


Azərbaycanın 15 yaşadək (U-15) futbolçulardan ibarət millisi Estoniyanın paytaxtı Tallində təşkil olunan UEFA İnkişaf turnirində növbəti oyununu keçirib.

BrendSport.az
xəbər verir ki, təmsilçimiz Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Milli turnirdə növbəti görüşünü avqustun 27-də moldovalı yaşıdlarına qarşı keçirəcək.

Qeyd edək ki, İlham Yadullayevin rəhbərlik etdiyi U-15 UEFA İnkişaf turniri çərçivəsində ilk oyununda Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Rəqib əsas vaxtı qolsuz bitən matçın penaltilər seriyasında daha dəqiq olub – 3:2.
Geri qayıt