Əsas Səhifə > Milli komandalar > Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib


Bu gün, 20:00


Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.

BrendSport.az
xəbər verir ki, U-20 Yaponiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.

Qəbələ şəhər stadionunda keçirilən matçın əsas vaxtı qolsuz heç-heçə ilə başa çatıb – 0:0.

Tərəflərin razılığına əsasən, qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq (5:4) oynayan millimiz yoldaşlıq matçında qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycanın U-20 millisi Qəbələdəki ilk görüşündə Moldovaya 0:1 hesabı ilə uduzub.




AZƏRTAC
Geri qayıt