Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq



Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

BrendSport.az
xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı təsəlliverici qarşılaşmada italiyalı Leonardo Valeriyanini məğlub edərək buna nail olub.

Daha əvvəl Hidayət Heydərov (73 kiloqram) 1/8, Xədicə Qədəşova (57 kiloqram) 1/32 finalda rəqiblərinə məğlub olaraq turnirlə vidalaşıblar.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Yarışın ilk günündə Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kiloqram) dünya çempionu olub.


Facebook-da paylaş

Xəbəri paylaş