“Real”da Ronaldu sonrası hücum problem

İspaniyanın “Real Madrid” futbol komandasının Kriştianu Ronaldunun gedişindən sonra hücum xəttindəki statistikası diqqət çəkib.
BrendSport.az xəbər verir ki, portuqaliyalı ulduzun komandada olduğu dövrdə “kral klubu” hər mövsüm 33-cü tura qədər 80-dən çox qola imza atıb.
Kriştianu Ronaldunun transferindən sonra isə “Real Madrid” 33-cü turadək cəmi bir dəfə - 2023/24 mövsümündə 70 qol səddini aşa bilib. Digər mövsümlərdə isə komandanın məhsuldarlığı bu göstəricidən aşağı olub.
Facebook-da paylaş





















