“Real Madrid”in futbolçusu Marselo klubun tarixinə düşüb
İspaniyanın “Real Madrid” klubunun futbolçusu Marselo komandanın tarixinə düşüb.
BrendSport.az xəbər verir ki, 34 yaşlı cinah müdafiəçisi buna “Atletik”i 2:0 hesabı ilə məğlub etdikləri Super kubok yarışının final matçında nail olub.
Braziliyalı oyunçu Madrid təmsilçisinin heyətində 23-cü titulunu qazanıb və "kral klubu"nun sabiq kapitanı Serxio Ramosu (22) geridə qoyub.
Marselo hazırda Fransisko Gento ilə birlikdə “kral klubu”nda ən çox titula sahib olan futbolçudur.
Xatırladaq ki, 2007-ci ildən “Real Madrid”də çıxış edən müdafiəçi klubda ən çox mövsüm keçirən əcnəbi oyunçudur.
Facebook-da paylaş