Əsas Səhifə > Dünya idmanı > “Real Madrid”in futbolçusu Marselo klubun tarixinə düşüb
“Real Madrid”in futbolçusu Marselo klubun tarixinə düşüb17-01-2022, 12:06 |
İspaniyanın “Real Madrid” klubunun futbolçusu Marselo komandanın tarixinə düşüb. BrendSport.az xəbər verir ki, 34 yaşlı cinah müdafiəçisi buna “Atletik”i 2:0 hesabı ilə məğlub etdikləri Super kubok yarışının final matçında nail olub. Braziliyalı oyunçu Madrid təmsilçisinin heyətində 23-cü titulunu qazanıb və "kral klubu"nun sabiq kapitanı Serxio Ramosu (22) geridə qoyub. Marselo hazırda Fransisko Gento ilə birlikdə “kral klubu”nda ən çox titula sahib olan futbolçudur. Xatırladaq ki, 2007-ci ildən “Real Madrid”də çıxış edən müdafiəçi klubda ən çox mövsüm keçirən əcnəbi oyunçudur. Geri qayıt |