Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Benzema “Real Madrid”dən gedir



Fransalı hücumçu Kərim Benzema İspaniya Futbol Çempionatı mövsümünün sonunda "Real Madrid"i tərk edəcək.

BrendSport.az
xəbər verir ki, bu barədə klubun rəsmi saytı xəbər verib.

“Kərim Benzemanın “Real Madrid”dəki karyerası davranış və peşəkarlıq, eləcə də klubumuzun dəyərlərinə nümunə olub. Kərim Benzema gələcəyinə qərar vermək hüququnu qazanıb.

“Real Madrid” həmişə onun evi olub və olacaq. Komanda ona və bütün ailəsinə həyatının yeni mərhələsində ən yaxşısını arzulayır”, - klubun açıqlamasında deyilir.

Benzemanın ispan komandası ilə müqaviləsi La Liqa mövsümünün sonunda başa çatır.

Fransalı futbolçu "Real Madrid"lə birlikdə 4 dəfə İspaniya çempionu, 3 dəfə Kubokun qalibi və 4 dəfə ölkə Superkubokunun qalibi olub. O, həmçinin beş dəfə Çempionlar Liqasının və Klublararası Dünya Kubokunun qalibi olub.


Facebook-da paylaş

Xəbəri paylaş