Kərim Benzema “Real Madrid”in tarixinə düşüb
“Real Madrid”in hücumçusu Kərim Benzema “Barselona”ya qarşı “Nou Kamp” stadionunda keçirdikləri İspaniya kubokunun yarımfinal oyununda het-trikə imza atıb.
BrendSport.az xəbər verir ki, o, buna nail olan 11-ci qonaq futbolçu kimi tarixə düşüb.
“Nou Kamp”da ilk dəfə 3 qol vuran futbolçu 1961-ci ildə Luis Araqones olub. Benzema “Real”ın heyətində bunu bacaran ikinci oyunçudur. Ona qədər sonuncu dəfə 1963-cü ildə Ferens Puşkaş əzəli rəqibi səfərdə 3 dəfə mərkəzə dəvət edib.
“Nou Kamp”da pokerə imza atan yeganə rəqib futbolçu isə Milinko Pantiçdir. Bu, 1997-ci ilə təsadüf edib.
Facebook-da paylaş