Kərim Benzema bir müddət yaşıl meydandan kənarda qalacaq
“Real Madrid”in fransalı hücumçusu Kərim Benzema komandasının “Real Betis” ilə qarşılaşdığı oyunun birinci hissəsinin sonunda zədələndiyi üçün bir müddət yaşıl meydandan kənarda qalacaq.
BrendSport.az klubun saytına istinadla xəbər verir ki, müayinələr zamanı 31 yaşlı hücumçunun sağ əlinin beşinci barmağının sümüyünün sındığı müəyyən edilib. Klubun həkimləri futbolçunun neçə gün forma geyinə bilməyəcəyini açıqlamayıblar.
K.Benzema həmin matçın 46-cı dəqiqəsində zədələndiyi üçün Kristo Qonzales ilə əvəzlənib. O, cari mövsümdə “Real Madrid”in heyətində Qaret Beyl, Toni Kros və Tibo Kurtuadan sonra zədələnən dördüncü futbolçu olub.
Xatırladaq ki, hücumçu bu mövsüm Madrid təmsilçisinin heyətində 30 oyunda 12 qol vurub.
Facebook-da paylaş