Onunla daim söhbətləşirəm - Tənqidlərə fikir vermir
"Real"ın baş məşqçisi Zinəddin Zidan komandasının hücumçusu Kərim Benzema barədə danışıb.
Benzema uzun müddət qol vura bilmədiyi üçün tənqid olunurdu. Hücumçu Çempionlar Liqasında APOEL-lə keçirilən qarşılaşmada dubl edib. Zidan Benzemanın tənqidlərə fikir vermədiyini vurğulayıb:
"İlk növbədə onu deməliyəm ki, Benzema ilə daim söhbətləşirəm. O cümlədən, digər futbolçularla da. Ancaq onu da deyim ki, Benzema da mənim kimi çox danışmağı sevmir.
O, emosiyalarını özündə saxlamağa çalışır. Ona görə də hesab edirəm ki, tənqidlər onu o qədər də narahat etmir.
Benzema hansı klubda oynadığını yaxşı anlayır. O, güclü futbolçudu. Belələrindən isə biz daim çox şey gözləyirik".
Milli.Az
Facebook-da paylaş