Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Mingəçevirdə cüdo idman klubuna baxış keçirilib



Mingəçevirdə cüdo idman klubuna baxış keçirilib.

BrendSport.az
xəbər verir ki, ACF-nin prezidenti Rəşad Nəbiyev və Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Mingəçevir şəhərində yerləşən “Qədiroğlu cüdo klubu”nda yaradılmış şəraitlə tanış olublar.

Klubun rəhbəri Ayaz Ümüdəliyev idman obyekti barədə məlumat verib. O bildirib ki, yüksək səviyyədə təmir edilən cüdo təlim mərkəzinin ümumi sahəsi 500 m2 təşkil edir.

Klubda fiziki hazırlıq zalı məşqlər üçün vacib olan zəruri avadanlıqlarla təchiz edilib. Burada valideynlər üçün gözləmə zalı və idmançılar üçün digər zəruri şərait təmin olunub.

Təlim mərkəzində gün ərzində 100 yeniyetmə və gənc cüdo idman növü ilə məşğul ola bilir.


Facebook-da paylaş

Xəbəri paylaş