Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ağcabədidə yeni cüdo zalı istifadəyə verilib

Ağcabədidə yeni cüdo zalı istifadəyə verilib

Ağcabədi rayonunda Azərbaycan Cüdo Federasiyasının (ACF) dəstəyi ilə "EVO" idman klubunun yeni cüdo zalı fəaliyyətə başlayıb.

BrendSport.az
xəbər verir ki, Mirzə Fətəli Axundov adına 3 nömrəli məktəb-liseyin nəzdində yerləşən cüdo zalında yeniyetmələrin və gənclərin cüdo ilə məşğul olması üçün bütün şərait yaradılıb.

Cüdo zalı ACF tərəfindən Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan “Taishan” firmasının tatamiləri ilə təchiz olunub.

Şəhid ailələri, qazilər və aztəminatlı ailələr üçün dərslər ödənişsiz keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş