Dünya Qadın Seriyası: Azərbaycan basketbol millisinin Buxarestdəki oyunlarının vaxtı müəyyənləşib

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisinin Dünya Qadın Seriyasının Buxarest mərhələsindəki oyunlarının vaxtı müəyyənləşib.
BrendSport.az xəbər verir ki, hər iki görüş iyulun 11-də keçiriləcək.
Raşa Deliçin başçılıq etdiyi yığma ilk olaraq Yaponiyanın “Sukuba” komandası ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 13:20-də başlayacaq.
Millimiz ikinci oyununda isə İsveçrə təmsilçisi "Lozanna" ilə üz-üzə gələcək. Qarşılaşmanın start fiti saat 15:00-da səslənəcək.
Facebook-da paylaş
