Əsas Səhifə > Milli komandalar > Dünya Qadın Seriyası: Azərbaycan basketbol millisinin Buxarestdəki oyunlarının vaxtı müəyyənləşib
Dünya Qadın Seriyası: Azərbaycan basketbol millisinin Buxarestdəki oyunlarının vaxtı müəyyənləşibBu gün, 10:33 |
![]() Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisinin Dünya Qadın Seriyasının Buxarest mərhələsindəki oyunlarının vaxtı müəyyənləşib. BrendSport.az xəbər verir ki, hər iki görüş iyulun 11-də keçiriləcək. Raşa Deliçin başçılıq etdiyi yığma ilk olaraq Yaponiyanın “Sukuba” komandası ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 13:20-də başlayacaq. Millimiz ikinci oyununda isə İsveçrə təmsilçisi "Lozanna" ilə üz-üzə gələcək. Qarşılaşmanın start fiti saat 15:00-da səslənəcək. Geri qayıt |