Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil edən oxatanlarla görüş olub



Azərbaycan Kamandan Oxatma Federasiyasında (AKOF) milli komandanın baş məşqçisi Natiq Fazilov, ölkəmizi nüfuzlu beynəlxalq yarışlarda uğurla təmsil edən idmançılar Fatimə Hüseynli və Məhəmmədəli Əliyevlə görüş olub.

BrendSport.az
xəbər verir ki, federasiya üzvləri hər iki oxatanın yerli və beynəlxalq turnirlərdə əldə etdikləri nailiyyətləri yüksək qiymətləndiriblər.

Qeyd edək ki, üç ildir oxatma idman növü ilə məşğul olan 17 yaşlı F.Hüseynli müxtəlif illərdə keçirilən yarışlarda 14 qızıl, 9 gümüş və 5 bürünc medal qazanıb. O, bu ilin aprel ayında gənclərarası Avropa Kubokunda qazandığı ikinciliklə Avropadan Azərbaycana medal gətirən ilk idmançı adına sahib çıxıb. Yığma üzvü avqustun 23-25-də təşkil olunmuş ölkə çempionatında da mükafatçılar sırasında yer alıb.

Dördqat respublika çempionu olan M.Əliyev isə Antalyada baş tutan Dünya Kubokunda 661 xalla Azərbaycan rekordunu yeniləyib.

Məhəmmədəli ilə Fatimə Gürcüstan və Tacikistanda keçirilən beynəlxalq turnirlərin komanda yarışlarında isə müvafiq olaraq gümüş və bürünc medala yiyələnməklə dünya oxatanları arasında reytinq qazana biliblər.


Facebook-da paylaş

Xəbəri paylaş