Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın daha bir boksçusu Dünya kubokunun final mərhələsində yarımfinala yüksəlib



Özbəkistanın paytaxtı Daşkənddə boks üzrə Dünya kubokunun final mərhələsində ikinci gününün döyüşləri keçirilir. Yarışın ikinci günündə Azərbaycan millisinin heyətində Nəbi İsgəndərov (70 kq) mübarizəyə qoşulub.

BrendSport.az
xəbər verir ki, boksçumuz 1/4 finalda Kelvin Sokessa (Çexiya) ilə gücünü yoxlayıb. Hər 3 raundu xeyrinə bitirən İsgəndərov yekunda 5:0 (29:28, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb. O, yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib.

İsgəndərov dekabrın 1-də final uğrunda Abdullah Madaminovla (Özbəkistan) döyüşəcək.

Qeyd edək ki, bir gün öncə Məhəmməd Abdullayev (+90 kq) də yarımfinala yüksəlib.


Facebook-da paylaş

Xəbəri paylaş