Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İki boksçumuz "Qızıl kəmər" seriyasının yarımfinalına yüksəlib

İki boksçumuz "Qızıl kəmər" seriyasının yarımfinalına yüksəlib

Mərakeşdə boks üzrə “Qızıl kəmər” seriyası çərçivəsində keçirilən turnirdə dörddəbir final döyüşləri davam edir. Yarımfinala gedən yolda Azərbaycan millisinin 4 üzvü rinqə çıxıb.

BrendSport.az
xəbər veriri ki, turnirdə 67 kiloqram çəki dərəcəsində mübarizə aparan Nəbi İsgəndərov ardıcıl ikinci görüşünü də xeyrinə başa vurub. Avropa çempionatının mükafatçısı Atomani Baroufun (Komor adaları) ardınca gücünü Selbi Dlamini Tabisoya (Esvatini) göstərib. Təmsilçimiz yenə 5:0 hesablı qələbə sayəsində mərhələ adlayıb.
N.İsgəndərov yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edib. O, üçüncü döyüşündə Abdulhakim Akramla (Seyşel adaları) münasibətinə aydınlıq gətirəcək.
Sərxan Əliyev (71 kq) də inamlı çıxışını davam etdirib. Dünya çempionatının bürünc medalçısı Sarohatua Lumbantobinqin (İndoneziya) ardınca Alimami Kristian Toması (Sierra Leone) məğlub edib. Görüşdə 5:0 hesablı qələbə S.Əliyevi yarımfinala yüksəldib. O, bununla ən azı özü üçün bürünc medalı təmin edib. Boksçumuz finala vəsiqə uğrunda Stiv Kulenquluka (Konqo Demokratik Respublikası) ilə qüvvəsini sınayacaq.
Digər boksçularımızda Tayfur Əliyev (60 kq) Vsevolod Şumkovla (Rusiya), Məhəmməd Abdullayev (+92 kq) Dieqo Lensi (İtaliya) ilə qarşılaşıb. Rəqiblər mərhələ adladığından təmsilçilərimiz beşinci yeri tutublar. Bu mövqe onların hərəsinə 400 reytinq xalı qazandırıb.
Qeyd edək ki, yarışın beşinci günündə dörddəbir final mərhələsində daha 3 boksçumuz rinqə çıxacaq. Məsud Yusifzadə (51 kq) Duqlas Trindadeni (Braziliya), Ümid Rüstəmov (57 kq) Jan Kaysedonu (Ekvador) və Malik Həsənov (63,5 kq) Qabil Məmmədovu (Rusiya) sınağa çəkəcək.


Facebook-da paylaş

Xəbəri paylaş