Dünya çempionatı: Üç boksçumuz yarımfinalda mübarizə aparacaq
Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatında yarımfinal mərhələsinin qarşılaşmalarına start veriləcək.
BrendSport.az xəbər verir ki, bu gün 3 boksçumuz rinqə çıxacaq. Belə ki, AIBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymanini, ardınca rumıniyalı Pol Aradoaeni mübarizədən kənarlaşdıran Alfonso Dominqes (86 kq) dörddəbir finalda rusiyalı Şarabutdin Atayevi məğlub edib. Yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edən "Asif Axundov" klubunun üzvü bu gün kubalı Ruis Kordoba ilə üz-üzə gələcək.
Digər boksçumuz Məhəmməd Abdullayev (+92 kq) ilk qarşılaşmalarında Yonas Yazeviçius (Litva) və Vladan Babiç (Serbiya), dörddəbir finalda isə Narender (Hindistan) üzərində qələbə qazanıb. “Baku Fight Lab”ın boksçusu yarımfinalda Davit Çaloyanla (Ermənistan) qarşılaşacaq.
İlk iki mərhələdə Stefen Nevns (Şotlandiya) və Yuta Akiyamanı (Yaponiya) məğlub edən Sərxan Əliyev (71 kq) dörddəbir finalda Obed Bartini (ABŞ) mübarizədən kənarlaşdırıb. Naxçıvan boks məktəbinin yetirməsi olan və hazırda MOİK-i təmsil edən həmyerlimiz final uğrunda ukraynalı Yuri Zaxariyevlə üz-üzə gələcək.
Qeyd edək ki, ölkəmiz dünya çempionatında doqquz boksçu ilə təmsil olunur.
Facebook-da paylaş