Boksçumuz Alfonso Dominges Tokio Olimpiadasının dörddəbir final mərhələsinə yüksəlib
Azərbaycan boksçusu Alfonso Dominges “Tokio-2020” Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.
BrendSport.az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən boksçumuz ilk görüşündə özbəkistanlı Dilşodbek Ruzmetov ilə qarşılaşıb. Rəqibinə 4:1 hesabı ilə qalib gələn A.Dominges dörddəbir final mərhələsinə yüksəlib. Onun növbəti rəqibi türkiyəli Bayram Malkan olacaq. Döyüş iyulun 30-da baş tutacaq.
Qeyd edək ki, Azərbaycan boksçularından daha əvvəl Cavid Çələbiyev (63 kq) və Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) səkkizdəbir final mərhələsinə vəsiqə qazanıblar. Tayfur Əliyev (57 kq) və Lorenzo Sotomayor (69 kq) isə mübarizəni dayandırıblar.
Facebook-da paylaş