Boksçumuz Nəbi İsgəndərov “Qızıl kəmər” seriyasına qələbə ilə başlayıb
Mərakeşdə boks üzrə “Qızıl kəmər” seriyası çərçivəsində ilin ilk turnirinə start verilib. Birinci yarış günündə Azərbaycan millisinin heyətində Nəbi İsgəndərov rinqə çıxıb.
BrendSport.az Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa çempionatının mükafatçısı səkkizdəbir final çərçivəsində Atomani Baroufla (Komor adaları) üz-üzə gəlib. Görüş təmsilçimizin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
N.İsgəndərov növbəti döyüşündə ilk mərhələdən azad olan Selbi Dlamini Tabiso (Esvatini) ilə gücünü sınayacaq.
Qeyd edək ki, fevralın 10-da bitəcək yarışın ikinci günündə daha 2 boksçumuz mübarizəyə qoşulacaq. Səkkizdəbir final mərhələsi çərçivəsində Tayfur Əliyev (60 kq) Kərim Abdulu (Mali), Sərxan Əliyev (71 kq) Sarohatua Lumbantobinqi (İndoneziya) sınağa çəkəcək.
Facebook-da paylaş