Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İki boksçumuz dünya çempionatında bürünc medalı təmin edib

İki boksçumuz dünya çempionatında bürünc medalı təmin edib


Azərbaycan millisinin iki boksçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
BrendSport.az xəbər verir ki, yığmamızın üzvlərindən Alfonso Dominqes (86 kq) və Məhəmməd Abdullayev (+92 kq) dörddəbir final döyüşünü qələbə ilə başa vurublar.
Alfonso Dominqes yarımfinala gedən yolda Şoxcahon Abdullayevlə (Özbəkistan) döyüşüb. Dünya çempionumuz 5:2 hesablı qələbə sayəsində ardıcıl ikinci dəfə mundialın yarımfinal mərhələsinə yüksəlib. Təmsilçimiz növbəti görüşündə Georgi Kuşitaşvili (Gürcüstan) ilə gücünü sınayacaq.
Alfonso Dominqesin uğurunu Məhəmməd Abdullayev (+92 kq) də davam etdirib. Dörddəbir finalda Nikoloz Beqadze (Gürcüstan) ilə qarşılaşan dünya çempionatının mükafatçısı 5:0 hesabı ilə qalib gəlib. M.Abdullayev də ardıcıl ikinci dəfə mundialın yarımfinalında iştirak hüququ əldə edib. Boksçumuz bu mərhələdə kubalı Fernando Lopes Arzola ilə üz-üzə gələcək.
Hər iki boksçumuz yarımfinala vəsiqə əldə etməklə, özləri üçün ən azı bürünc medalı da təmin ediblər.
Qeyd edək ki, yarımfinal döyüşləri mayın 12-də olacaq.


Facebook-da paylaş

Xəbəri paylaş