Əsas Səhifə > Maraq > İki boksçumuz dünya çempionatında bürünc medalı təmin edib
İki boksçumuz dünya çempionatında bürünc medalı təmin edib11-05-2023, 06:00 |
Azərbaycan millisinin iki boksçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinala yüksəlib. BrendSport.az xəbər verir ki, yığmamızın üzvlərindən Alfonso Dominqes (86 kq) və Məhəmməd Abdullayev (+92 kq) dörddəbir final döyüşünü qələbə ilə başa vurublar. Alfonso Dominqes yarımfinala gedən yolda Şoxcahon Abdullayevlə (Özbəkistan) döyüşüb. Dünya çempionumuz 5:2 hesablı qələbə sayəsində ardıcıl ikinci dəfə mundialın yarımfinal mərhələsinə yüksəlib. Təmsilçimiz növbəti görüşündə Georgi Kuşitaşvili (Gürcüstan) ilə gücünü sınayacaq. Alfonso Dominqesin uğurunu Məhəmməd Abdullayev (+92 kq) də davam etdirib. Dörddəbir finalda Nikoloz Beqadze (Gürcüstan) ilə qarşılaşan dünya çempionatının mükafatçısı 5:0 hesabı ilə qalib gəlib. M.Abdullayev də ardıcıl ikinci dəfə mundialın yarımfinalında iştirak hüququ əldə edib. Boksçumuz bu mərhələdə kubalı Fernando Lopes Arzola ilə üz-üzə gələcək. Hər iki boksçumuz yarımfinala vəsiqə əldə etməklə, özləri üçün ən azı bürünc medalı da təmin ediblər. Qeyd edək ki, yarımfinal döyüşləri mayın 12-də olacaq. Geri qayıt |