Azərbaycan millisinin üzvü Madina Kaisinova İtaliyanın paytaxtı Romada keçirilən Avropa Açıq Turnirində bürünc medal qazanıb.

Azərbaycan millisinin üzvü Madina Kaisinova İtaliyanın paytaxtı Romada keçirilən Avropa Açıq Turnirində bürünc medal qazanıb.
BrendSport.az xəbər verir ki, +78 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz 1/4 finalda polşalı Emiliya Qonsiora qalib gəlib. Yarımfinalda Niderland təmsilçisi Karmen Diykstraya məğlub olan idmançımız üçüncü yer uğrunda qarşılaşmada italiyalı Alessiya Cordanodan üstün olub.
38 ölkədən 261 cüdoçunun qatıldığı turnirdə Azərbaycan 6 qadın idmançı ilə təmsil olunur. Yarışın ikinci günündə millimizin daha 5 üzvü mübarizəyə qoşulacaq.



Facebook-da paylaş





















