Cüdoçumuz açıq Avropa turnirinin finalında mübarizə aparacaq
Polşanın paytaxtı Varşavada cüdo üzrə açıq Avropa turnirində uğurla çıxış edən Azərbaycan idmançısı Əhməd Yusifov finala yüksəlib.
BrendSport.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz yarımfinalda Gürcüstan təmsilçisi Giorgi Sardalaşvili üzərində qələbə qazanaraq finala vəsiqə əldə edib. Həlledici mərhələdə onun rəqibi cüdoçumuz Nazir Talıbovu yarımfinalda məğlub edən avstriyalı Coşua Katza olacaq.
Nazir Talıbov isə bürünc medal uğrunda komandamızın digər üzvü Rövşən Əliyevlə mübarizə aparacaq.
Qeyd edək ki, bu gün start götürən turnirdə 8 cüdoçumuz iştirak edir.
Facebook-da paylaş