Cüdoçumuz Avropa çempionatının finalına yüksəlib
Azərbaycan cüdoçusu Lüksemburqda yeniyetmələr arasında keçirilən Avropa çempionatının finalına vəsiqə qazanıb.
BrendSport.az xəbər verir ki, qadınlar arasında 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Aydan Vəliyeva ispaniyalı Eva Peres və portuqaliyalı Raquel Britonu məğlub edərək yarımfinala çıxıb. Yarımfinalda israilli Sindi Vainşteyn üzərində qələbə qazanan cüdoçumuz finala yüksəlib. Həlledici mərhələdə onun rəqibi rusiyalı İrena Xubulova olacaq.
Qeyd edək ki, bu gün mübarizə aparan 6 cüdoçumuz uduzub.
Turnir sentyabrın 11-dək davam edəcək. Yarışa 43 ölkədən 350-dən çox cüdoçu qatılıb.
Facebook-da paylaş