Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Cüdoçularımız Varşavada açıq Avropa turnirində mübarizəyə başlayırlar

Cüdoçularımız Varşavada açıq Avropa turnirində mübarizəyə başlayırlar


Fevralın 26-da Polşanın paytaxtı Varşavada cüdo üzrə açıq Avropa turniri start götürəcək.
BrendSport.az xəbər verir ki, yarışın birinci günündə 8 cüdoçumuz mübarizəyə başlayacaq. Turnirdə 60 kiloqram çəki dərəcəsində Əhməd Yusifov fransalı Riçard Vergnes, Rövşən Əliyev bu ölkənin daha bir təmsilçisi Pyer Domontier, Nazir Talıbov isə Türkiyə idmançısı Emirhan Karahan ilə qarşılşacaqlar. 66 kiloqram çəki dərəcəsində cüdoçularımız - İbrahim Əliyev polşalı Yakub Biedrzki, İsmayıl İbrahimov Yonq Çarli (Böyük Britaniya) - Thomas Macrez (Fransa) cütünün qalibi, Tofiq Əliyev israilli Daniel Kapeluşnik ilə ilk görüşlərini keçirəcəklər.
Komandamızın daha iki üzvü, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Nəriman Mirzəyev ilk qarşılaşmalarını polşalı Kacper Kaczor, Zaməddin Poladov isə italiyalı Edoardo Mella ilə keçirəcəklər.
Azərbaycanın 13 idmançı ilə qatıldığı açıq Avropa turniri iki gün davam edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş