Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bakıda cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri başlayıb



Mayın 10-da Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turnirinə start verilib.

BrendSport.az xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən nüfuzlu yarışda 57 ölkədən 449 cüdoçu mübarizə aparır. Azərbaycan bu turnirdə 43 idmançı (28 oğlan, 15 qız) ilə təmsil olunur.

Turnirin birinci günündə kişilər 60, 66, qadınlar isə 48, 52 və 57 kiloqram çəki dərəcələrində mübarizəyə qoşulublar. Mötəbər turnirin birinci günündə 18 cüdoçumuz tatami üzərinə çıxacaq.

Qadınlar arasında 48 kiloqram çəki dərəcəsində millimizin üzvləri Ramilə Əliyeva Marina Çernyak (Ukrayna), Aişə Qurbanlı Oksana Ağazadə (Rusiya), Şəfəq Həmidova Sabina Gilyazova (Rusiya), Leyla Əliyeva Nazlıcan Kılıc (Türkiyə), 52 kiloqram çəkidə Gülşən Nəzərova Gülbadam Babamuratova (Türkmənistan), Şəfəq Məmmədova Karolina Penkovska (Polşa), Gültac Məmmədəliyeva Aqata Perenk (Polşa), 57 kiloqram çəkidə İçinxorloo Munxtsedev Ruşana Nurjavova (Türkmənistan), Səkinə Zayirova Hedviq Karakas (Macarıstan), Aleksandra-Larisa Florian isə Yuliya Kovalçik (Polşa) ilə qarşılaşacaqlar.

Kişilərin mübarizəsində 60 kiloqram çəki dərəcəsində Oruc Vəlizadə türkmənistanlı Hakberdi Jumayev, Tofiq Məmmədov rusiyalı Yaqo Abuladze, Əhməd Yusifov avstraliyalı Coşua Kats, Orxan Səfərov braziliyalı Felipe Kitaday ilə üz-üzə gələcəklər. Turnirdə 66 kiloqram çəki dərəcəsində isə İbrahim Əliyev braziliyalı Çarlz Çibana, İsmayıl İbrahimov ukraynalı Georgi Zantaraya, İlkin Babazadə braziliyalı Daniel Karqnin, Nicat Şıxəlizadə isə türkmənistanlı Məhəmməd Kossekov görüşəcəklər.

“Böyük dəbilqə” turniri Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq imkanı verir.


Facebook-da paylaş

Xəbəri paylaş