Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Açıq Avropa kuboku yarışlarının ilk günündə 7 cüdoçumuz tatamiyə çıxacaq



Martın 2-də Polşanın paytaxtı Varşavada kişi cüdoçular arasında açıq Avropa kuboku yarışları start götürüb. Yarışların ilk günündə 7 cüdoçumuz tatamiyə çıxacaq.

BrendSport.az xəbər verir ki, turnirdə 60 kiloqram çəki dərəcəsində çıxış edəcək Oruc Vəlizadə qazaxıstanlı Kanat Selxan, Balabəy Ağayev ukraynalı Vadim Çernovla görüşəcək. Davud Məmmədsoy isə Vinsent Limare (Fransa) ilə mübarizə aparacaq.

Altmış altı kiloqram çəki dərəcəsində Mehman Sadıqov Vladislav Suray (Bolqarıstan), İbrahim Əliyev isə Karmine Maria Di Loreto (İtaliya)-Simon Yasinski (Polşa) qarşılaşmasının qalibi ilə görüşəcək.

Turnirdə 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Kərim Allahverdiyevə Mixael Vinkler (Avstraliya), Kənan Quluzadəyə özbəkistanlı Hüsnüddin Kərimov rəqib olacaqlar.

Qeyd edək ki, 38 ölkədən 308 idmançının mübarizə apardığı qitə tunirində 14 cüdoçumuz medallar uğrunda yarışır.


Facebook-da paylaş

Xəbəri paylaş