Türkiyə millisinin basketbolçusu NBA klubunun tarixinə düşüb

Türkiyə millisinin basketbolçusu Alperen Şengün “Hyuston Rokets” klubunun tarixinə düşüb.
BrendSport.az xəbər verir ki, 24 yaşlı basketbolçu NBA təmsilçisinin heyətində ən çox “tripl-dabl” edən oyunçuların siyahısında ikinci pilləyə yüksəlib. O, indiyədək bunu 15 dəfə reallaşdırıb.
Basketbolçu bu göstəricidə 14 “tripl-dabl”la Hakim Olacyuvonu geridə qoyub.
Birinci pillədə 46 “tripl-dabl”la Ceyms Harden yer alıb.
Facebook-da paylaş





















