Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



NBA: Türkiyəli basketbolçunun komandası inamlı qələbə qazanıb



ABŞ-ın Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm mövsümündə daha 3 qarşılaşma keçirilib.

BrendSport.az
xəbər verir ki, türkiyəli basketbolçu Alperen Şengünün çıxış etdiyi “Hyuston Rokets” səfərdə “Los Anceles-Leykers”i 119:96 hesabı ilə üstələyib.

Qalib komandanın bombardiri 26 xalla Amen Tompson olub. Kevin Dürant 26 xal, Cabari Smit 16 xal toplayıb. A. Şengün isə 14 xal, 12 ribaundla "dabl-dabl" edib. Ev sahiblərinin heyətində Luka Donçiç 25 xalla komandasının ən məhsuldar oyunçusu olub. Lebron Ceyms 18, Ostin Rivz 12 xalla yadda qalıb.

Günün digər matçlarında “Qolden Steyt Uarriors” “Dallas”ı 126:116, “Denver Naqqets” “Minnesota”nı 142:138 hesabı ilə məğlub edib.

Bu nəticədən sonra “Denver Naqqets” Qərb Konfransının turnir cədvəlində 3-cü, “Los Anceles-Leykers” 4-cü, “Minnesota” 5-ci, “Hyuston Rokets” 6-cı, “Qolden Steyt Uarriors” 8-ci, “Dallas” 11-ci pillədə qərarlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş