Əsas Səhifə > Milli komandalar > Azərbaycanın daha bir boksçusu Dünya kubokunun final mərhələsində yarımfinala yüksəlib
Azərbaycanın daha bir boksçusu Dünya kubokunun final mərhələsində yarımfinala yüksəlibBu gün, 17:23 |
![]() Özbəkistanın paytaxtı Daşkənddə boks üzrə Dünya kubokunun final mərhələsində ikinci gününün döyüşləri keçirilir. Yarışın ikinci günündə Azərbaycan millisinin heyətində Nəbi İsgəndərov (70 kq) mübarizəyə qoşulub. BrendSport.az xəbər verir ki, boksçumuz 1/4 finalda Kelvin Sokessa (Çexiya) ilə gücünü yoxlayıb. Hər 3 raundu xeyrinə bitirən İsgəndərov yekunda 5:0 (29:28, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb. O, yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib. İsgəndərov dekabrın 1-də final uğrunda Abdullah Madaminovla (Özbəkistan) döyüşəcək. Qeyd edək ki, bir gün öncə Məhəmməd Abdullayev (+90 kq) də yarımfinala yüksəlib. Geri qayıt |