Azərbaycan Güləş Federasiyasının rəsmiləri “Qəbələ” İdman Klubunu ziyarət ediblər
Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmiləri “Qəbələ” İdman Klubunu ziyarət ediblər.
BrendSport.az xəbər verir ki, klubun güləş bölməsində yaradılmış şəraitlə tanış olan federasiya rəsmiləri məşqçilərlə görüşüb, idmançılara öz tövsiyələrini çatdırıblar.
Qeyd edək ki, son illər ölkə güləşində mühüm klublardan birinə çevrilən “Qəbələ” İK federasiya tərəfindən zəruri inventarla təmin edilib. Klubda məşqçi-müəllimlər Fərid Mustafayev (sərbəst güləş) və Ruhin Mikayılovun (yunan-Roma güləşi) rəhbərliyi altında 70-dən artıq yeniyetmə güləşlə məşğul olur.
Facebook-da paylaş