Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Güləş Federasiyasının təşkil etdiyi məşqçilərin ümumrespublika seminarı davam edir




Azərbaycan Güləş Federasiyasının təşkil etdiyi məşqçilərin ümumrespublika seminarı davam edir.

BrendSport.az
xəbər verir ki, növbəti tədbir bu gün Bakıda keçirilib. 140-a yaxın məşqçinin qatıldığı seminarın nəzəri hissəsi Excelsior otelinin akt zalında baş tutub.

Əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra AGF rəsmiləri çıxış edib və estafeti mütəxəssislərə veriblər. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) baş müəllimi Mehman Nəcəfov, yunan-Roma güləşi üzrə U-20 milli komandanın böyük məşqçisi Nurəddin Rəcəbov, sərbəst güləş üzrə U-17 milli komandanın məşqçisi Vahid Məmmədov, Hakimlər Kollegiyasının sədri Qərib Əliyev öz sahələri üzrə önəmli məlumatları paytaxt məşqçilərinin diqqətinə çatdırıb.

AGF-nin təlim-məşq bazasında keçirilən praktiki hissədə Vahid Məmmədov, yunan-Roma güləşi üzrə U-20 milli komandanın məşqçisi Emin Əhmədov və l-S kateqoriyalı hakim Sədi Quliyev xalça üzərində müxtəlif güləş elementlərinin icrasını əyani surətdə nümayiş etdirib. Sonda iştirakçılara AGF-nin sertifikatları təqdim edilib.

Qeyd edək ki, seminarın son dayanacağı Naxçıvan olacaq. Muxtar Respublikada keçiriləcək tədbir oktyabrın 25-də baş tutacaq.


Facebook-da paylaş

Xəbəri paylaş