Sabirabadda məşqçilərin ümumrespublika seminarı keçirilib

Azərbaycan Güləş Federasiyasının (AGF) təşkil etdiyi məşqçilərin ümumrespublika seminarı davam edir.
BrendSport.az xəbər verir ki, növbəti tədbir bu gün Sabirabadda baş tutub.
Yüzə yaxın məşqçinin qatıldığı seminar 2 fərqli məkanda baş tutub. Tədbirin nəzəri hissəsi Gənclər Mərkəzində təşkil edilib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) baş müəllimi Mehman Nəcəfov əsasən ibtidai hazırlıq qrupunun məşqlərindən danışıb.
Sərbəst güləş üzrə U-17 millisinin məşqçisi Vahid Məmmədov idmançıların təlim-tərbiyəsinə, məşqçilərin davranışlarına və işə yanaşmasına diqqət ayırıb. Yunan-Roma güləşi üzrə U-20 yığmasının böyük məşqçisi Nurəddin Rəcəbov yeniyetmə güləşçilərin texnikasını təkmilləşdirməyin önəmini vurğulayıb. Daha sonra Hakimlər Kollegiyasının sədri Qərib Əliyev müxtəlif qarşılaşmalarda yaranmış mürəkkəb vəziyyətlərdə verilən hakim qərarlarını izah edib.
Olimpiya İdman Kompleksində keçirilən seminarın praktiki hissəsində sərbəst güləş üzrə U-20 yığmasının məşqçisi Əşrəf Əliyev müxtəlif güləş elementlərinin icrasını əyani surətdə göstərib. l-S kateqoriyalı hakim Sədi Quliyev isə mübahisə doğuran vəziyyətlərin izahını verib.
Seminarda məşqçilərin sualları cavablandırılıb, təklif və şikayətləri qeyd edilib. Yekunda iştirakçılara AGF-nin sertifikatları təqdim edilib və xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, sabah seminar Xırdalanda keçiriləcək.

Facebook-da paylaş