Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan çempionatı ərəfəsində hakimlərin və məşqçilərin seminarı keçirilib

Azərbaycan çempionatı ərəfəsində hakimlərin və məşqçilərin seminarı keçirilib


Fevralın 8-dən 10-dək Bakı İdman Sarayında gənc (U-20) güləşçilərin Azərbaycan çempionatı keçiriləcək. Ənənəyə uyğun olaraq, yarış məkanında hakimlər və məşqçilər üçün seminar keçirilib.
BrendSport.az
Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, əvvəlcə hakimlərin iclası baş tutub. Bir neçə gün öncə dünyasını dəyişən beynəlxalq dərəcəli hakim Abdul Nuriyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra seminara start verilib. Hakimlər Kollegiyasının sədri Qərib Əliyev Dünya Güləş Birliyinin (UWW) görüşlərin idarəçiliyi ilə bağlı qəbul etdiyi yeni qaydaları referilərin diqqətinə çatdırıb. Bununla yanaşı, müxtəlif görüşlərdə mübahisəli vəziyyətlər video görüntülü formatda müzakirə edilib.
Daha sonra yunan-Roma güləşi üzrə məşqçilərin iclası start götürüb. Azərbaycan Güləş Federasiyasının rəhbər şəxslərinin iştirakı ilə baş tutan tədbirdə irad və tövsiyələr səsləndirilib. Sonda klassik güləşdə bütün çəkilər üzrə püşkatma mərasimi keçirilib.
Qeyd edək ki, bu gün 55, 60, 63, 67, 72, 77 və 82 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.


Facebook-da paylaş

Xəbəri paylaş