Cüdoçular üçün antidopinq maarifləndirmə seminarı təşkil olunub
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən yeniyetmə qızlardan və gənc qadınlardan ibarət cüdo üzrə Azərbaycan yığma komandalarının üzvləri üçün seminar təşkil olunub.
Bu barədə BrendSport.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir.
Antidopinq maarifləndirmə seminarı zamanı idmançılara və məşqçilərə dopinq nəzarəti prosesi, qadağan edilmiş siyahı və antidopinq qaydaları haqqında ətraflı məlumat verilib.
İdmançılar, həmçinin seminar zamanı öz antidopinq biliklərini də yoxlayıblar.
Facebook-da paylaş