Azərbaycan çempionatında sərbəst güləş yarışlarına yekun vurulub
Bakı İdman Sarayında güləş üzrə yeniyetmələr (U-17) arasında Azərbaycan çempionatı davam edir.
BrendSport.az xəbər verir ki, yarışın ikinci günündə sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində ümumilikdə 138 güləşçi gücünü sınayıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Bəşir Verdiyev (48 kq), Hacı Kərimov (55 kq),
Mirzağa Axundov (65 kq), Şeyxəli Babazadə (80 kq) və Yusif Dursunov (110 kq) bütün rəqiblərinə qalib gələrək ölkə çempionu adına sahib olublar.
Beləliklə, Azərbaycan çempionatında sərbəst güləş yarışlarına yekun vurulub. Bu gün yunan-Roma güləşi yarışlarına start veriləcək.
Facebook-da paylaş