Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Güləş üzrə açıq respublika turnirinə yekun vurulub

Güləş üzrə açıq respublika turnirinə yekun vurulub



Yanvarın 12-də Bakı İdman Sarayında 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 22-ci açıq respublika turnirinə yekun vurulub.
BrendSport.az xəbər verir ki, Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Rusiya, Qazaxıstan və Özbəkistandan olan güləşçilərin də iştirak etdikləri yarışın sonuncu günündə 45, 48, 51, 55, 60 və 65 kiloqram çəki dərəcələrində yunan-Roma güləşi üzrə 79 idmançı mübarizə aparıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Tornike Şaynidze (45 kq, Gürcüstan), Əli Həsənov (48 kq), Elmir Əliyev (51 kq), Nihad Məmmədli (55 kq), Nika Broladze (60 kq, Gürcüstan) və Xasay Həsənli (65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, komanda hesabında Azərbaycan birinci, Gürcüstan ikinci, Özbəkistan isə üçüncü yeri tutub.


Facebook-da paylaş

Xəbəri paylaş